Qrafik proqram - qrafik şəkillərin yaradılmasına, emalına, saxlanmasına xidmət edən proqramdır.
Qrafik redaktorlarını dörd kateqoriyaya bölmək olar:
- rastr qrafikası
- vektor qrafikası
- 3D qrafikası
- fraktal qrafikası proqramları.
Rastr proqramlarının koməyi ilə şəkillərin keyfiyyətini artırmaq, montaj etmək, redaktə etmək və s. kimi işlər aparmaq olur (Paint, Adobe PhotoShop, Corel Photo-PAINT...). Rastr şəkillər piksel çoxluğundan ibarətdir, real
obrazların yaradılmasında istifadə olunur. Rastr şəkillər hasandlığla printerdə çap oluna bilir.
Dizayn sahəsində illyustrasiyaların yaradılmasında , texniki şəkilçəkmədə, reklam işində adətən vektor proqramlarından istifadə edilir (Adobe Illustrator, Macromedia Freehand, Corel Draw).